BİZNES

24 Dekabr

İlon Mask 6 mld. dollar maliyyə dəstəyi aldı

Fins.az - İlon Maskın təsis etdiyi süni intellekt startapı xAI, C seriyası maliyyələşdirmə raundunda 6 milyard dollar cəlb etdiyini elan edib.

Bu raundda NVIDIA (NASDAQ:NVDA) və AMD (NASDAQ:AMD) kimi texnologiya nəhəngləri iştirak ediblər.

Son maliyyələşdirmə nəticəsində xAI-nin bazar dəyəri 40 milyard dolları ötüb. Şirkət, bu il əvvəl B seriyası maliyyələşdirmə raundunda da 6 milyard dollar cəlb etmişdi.

Maliyyələşdirmə raundunda a16z, Kingdom (TADAWUL:4280) Holdings, Sequoia, həmçinin Morgan Stanley (NYSE:MS) və BlackRock (NYSE:BLK) kimi aparıcı investisiya qurumları iştirak ediblər.

xAI-nin açıqlamasına görə, yeni vəsaitlər süni intellekt infrastrukturunun inkişafına və şirkətin əsas modeli olan Grok AI-nin təkmilləşdirilməsinə yönəldiləcək. Şirkət OpenAI və digər iri süni intellekt şirkətləri ilə rəqabət aparmaq niyyətindədir.

İlon Mask, süni intellekt texnologiyalarını inkişaf etdirmək və yeni nəslin alqoritmlərini yaratmaq məqsədilə xAI startapını 2023-cü ilin mart ayında təsis edib.