Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyət istiqamətləri məlum olub.
Fins.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi Fondun Nizamnaməsində öz əksini tapıb.
Sənədə əsasən, Fondun fəaliyyət istiqamətləri aşağıdakılardır:
Müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak edəcək.
Şüvəkkil təşkilatlar vasitəsilə və investisiya qoyuluşu formasında Azərbaycan Respublikasında sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərəcək.
Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda və qaydada sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə zəmanət və faiz subsidiyası verəcək.
Müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin hazırlanmasında iştirak edəcək.
Bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərəcək.