2024-cü ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üzrə müxtəlif dövlət qurumlarına ayrılan vəsaitin həcmi məlum olub.
Finss.az xəbər verir ki, ötən il Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası üçün ümumilikdə 5 mlrd. 347,2 mln. manat vəsait ayrılıb. Bu vəsaitin 4824,0 mln. manatı və ya 90,2%-i işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı nəzərdə tutulmuş məqsədli xərclərin payına düşüb.
Bu vəsaitin 230,0 mln. manatı və ya 4,3%-i "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunun, 150,0 mln. manatı və ya 2,8%-i Avtomobil Yolları Dövlət Agentliyinin, 88,9 mln. manatı və ya 1,7%-i "Azərişıq" ASC-nin, 22,0 mln. manatı və ya 0,4%-i Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, 18,6 mln. manatı və ya 0,3%-i Azərbaycan Respublikası Prezidentinin və dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondlarının, 8,7 mln. manatı və ya 0,2%-i Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, 5,0 mln. manatı və ya 0,1%-i dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərclərinin payına düşüb.
Bundan əlavə, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən bir sıra sosial və infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün 2024-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərindən 13,6 mln. manat məbləğində vəsait ayrılıb.