Azad edilmiş ərazilərdə 142 yataq üzrə yekun siyahı dəqiqləşdirilməklə ehtiyatları yenidən qiymətləndirilib və vurulmuş zərərin həcmi hesablanıb.
Finss.az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
Qeyd edilib ki, Laçın rayonu və Zabux, Sus kəndlərində, Zəngilan rayonu və Ağalı kəndi ərazisində, Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Kəlbəcər, Ağdərə rayonu, Tərtər rayonunun işğaldan azad olunmuş qəsəbə və kəndlərində, Xocalı rayonu və Əsgəran qəsəbəsi, Xankəndi şəhəri və ətraf ərazilərinin su mənbələrinin, torpaq sahələrinin ekoloji vəziyyətinin, radiasiya, şüalanma selinin sıxlığını və atmosfer havasının keyfiyyətinin, havada qazların miqdarının təyini və müəyyənləşdirilməsi məqsədilə kompleks ekoloji monitorinqlər həyata keçirilmiş, monitorinqlər zamanı ətraf ərazilərdə, əsasən minadan və müharibənin partlamamış silah-sursatından təmizlənmiş ərazilərdə, yenidən təmir-bərpa olunmuş və yeni inşa olunmuş dövlət əhəmiyyətli binaların ətraf ərazilərində portativ cihaz vasitəsilə ümumilikdə 292 nöqtədə faktiki radiasiya şəraiti (qamma şüalanmanın doza gücü), şüalanma selinin sıxlığı və atmosfer havasının keyfiyyətinin müəyyənləşdirilməsi üzrə ölçmə işləri aparılıb, 157 su nümunəsi, 16 nöqtədən torpaq nümunəsi götürülmüş və üzərində müvafiq Ağdərə rayonu ərazisində "Qızılbulaq" qızıl-mis-kolçedan yatağında formalaşan ekotoksikoloji) aparılıb, laboratoriya analizləri (fiziki, kimyəvi, təhlükəli tullantıların ətraf mühitə təsirlərinin qiymətləndirilməsi məqsədilə ekoloji monitorinqlər keçirilib. "Qızılbulaq qızıl yatağı sahəsində ümumilikdə 24 nöqtədə kompleks monitorinq aparılıb, 40 ədəd su, torpaq və dib çöküntüsü nümunələri götürülmüş, o cümlədən atmosfer havasının keyfiyyəti (azot oksidləri, hidrogen sulfid, hidrogen sianid və s.) müəyyənləşdirilməsi məqsədilə ölçmə işləri aparılmışdır.
Hesabat ilində Kəlbəcər rayonunda 26, Laçın rayonunda 39, Zəngilan rayonunda 9, Şuşa rayonunda 3, Cəbrayıl rayonunda 19, Ağdam rayonunda 13, Ağdərə rayonunda 11, Qubadlı rayonunda 11, Xocalı rayonunda 4, Xocavənd rayonunda 2 və Füzuli rayonunda 5 yataq olmaqla, ümumilikdə 142 mineral xammal yatağında monitorinq təftiş işləri aparılıb və işğal dövründə istismar edilmiş həcm müəyyənləşdirilib. Həmçinin 142 yataq üzrə yekun siyahı dəqiqləşdirilməklə ehtiyatları yenidən qiymətləndirilib və vurulmuş zərərin həcmi hesablanıb. Ağdam, Zəngilan, Qubadlı və Xocavənd rayonlarının ərazilərində həmçinin əlvan və nəcib metalların axtarışı məqsədilə geoloji axtarış və dağ qazma (şurf, xəndək) işləri yerinə yetirilib, axtarış zamanı ərazidən götürülmüş süxur nümunələri tədqiq olunması üçün laboratoriya analizlərinə cəlb olunub və təhlillərin nəticəsi olaraq müvafiq geoloji məlumatlar hazırlanıb.