Fins.az - Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) məşhur Dubay şəhərində, Türk şirkətləri Mapa, Limak və Çinli CRRC Hong Kong şirkətinin birgə yaradığı konsorsium, Dubay Metrosunun Mavi Xətti layihəsinin layihələndirilməsi və tikintisi tenderini 5,6 milyard dollar təkliflə qazandı.
Bu yeni metro xətti, Dubayın mövcud qırmızı və yaşıl metro xətləri arasında əlaqə yaratmaq və şəhərin nəqliyyat şəbəkəsini daha inteqrasiya olunmuş hala gətirmək məqsədini güdür. 30 kilometrlik yeni xətt, yedisi yüksəldilmiş olmaqla 14 stansiyadan ibarət olacaq. Bu məsafənin yarısı yer altından, təxminən 1,5 kilometrlik hissəsi isə dəniz üzərindən keçəcək.
Layihənin inşasına 2025-ci ildə başlanılması gözlənilir və 2029-cu ilin sentyabr ayında tamamlanması planlaşdırılır. Tikinti zamanı, müxtəlif ölkələrdən 15 minə yaxın işçiyə iş imkanı yaradılması nəzərdə tutulur.
Türk inşaat şirkətləri Mapa və Limak, Beynəlxalq layihələrdəki təcrübələri və mühəndislik bacarıqları ilə tanınır. CRRC Hong Kong isə sistem, vaqon və texniki avadanlıqların təchizatçısı olaraq layihədə iştirak edəcək.
Bu layihə, Dubayın sürətlə inkişaf edən nəqliyyat infrastrukturu üçün mühüm bir addım olaraq qəbul edilir və şəhərin metro sistemini daha da genişləndirərək, gələcəkdə daha rahat və daha inteqrasiya olunmuş bir nəqliyyat sistemi yaradılmasına töhfə verəcək.