Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) yeni pikap tipli minik nəqliyyat vasitələri alır.
Fins.az-ın dövlət satınalmalarının vahid internet portalına istinadən verdiyi məlumata görə, satın alınacaq pikap tipli minik nəqliyyat vasitələrinin sayı 20 ədəd olacaq. Onların istehsal ili 2024-cü il, rəngləri isə ağ olacaq, bu, əsas şərtlərdən biridir.
ANAMA artıq bu məsələyə dair hazırlıq işlərini yekunlaşdırıb. Sözügedən nəqliyyat vasitələrini "Yenimotor" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) təmin edəcək və müqavilə üzrə MMC-yə 1 milyon 222 min manat ödəniləcək.
Qeyd edək ki, "Yenimotor" MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Hüseynov Yusif Rafiq oğludur.