BİZNES

23 Dekabr

Naxçıvanın şəhər və rayon yollarının əsaslı təmirinə 25.7 milyon manat ayrılıb

Naxçıvan şəhərində, Culfa, Şərur və Babək rayonlarında avtomobil yollarının əsaslı təmiri həyata keçiriləcək.

Fins.az-ın dövlət satınalmalarının vahid internet portalına istinadən verdiyi məlumata görə, əsaslı təmir işləri adıçəkilən şəhər və rayonların bəzi qəsəbə və kəndlərindəki daxili avtomobil yollarını əhatə edəcək.

Məlumata əsasən, artıq “Naxçıvan Yol Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) bu işlər üçün hazırlıqlara başlayıb. Qurum təmir işlərinin ümumi dəyərinin 25.787.787,00 AZN (25 milyon 787 min 787 manat) olacağını proqnozlaşdırır.

Qeyd edək ki, “Naxçıvan Yol Təchizat” MMC cari ilin iyul ayında dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Məmmədli Abduləli Saleh oğludur.