Şirkətlərin uzunömürlülüyü, bir çox faktorun birləşməsi ilə əlaqəlidir. Mühüm olan strateji planlama, bazar tələblərinə uyğunlaşma, effektiv idarəetmə və yeniliklərə açıqlıqdır. Uğurlu şirkətlər uzun müddət fəaliyyət göstərə bilər, çünki onlar bazar dəyişikliklərinə uyğunlaşır, müştəri tələblərini qarşılayır və dayanıqlı iş modelləri qurur.
Fins.az xəbər verir ki, bu barədə kifayyət qədər təcrübəyə malik, ölkədə tanınmış inşaat şirkəti "Zaferoğlu İnşaat"ın qurucusu və rəhbəri Zəfər Məmmədov müsahibə verib.
- Uzunömürlü şirkətlər hansı şirkətlərə daxil edilir və onların iqtisadiyyata təsiri nədir?
- Uzunömürlü şirkətlər adətən 15-20 il və ya daha çox fasiləsiz fəaliyyət göstərən şirkətlərdir. Bu şirkətlər illərlə topladıqları təcrübə, bazardakı möhkəm mövqeləri və davamlı iş yerləri ilə həm iqtisadiyyat, həm də cəmiyyət üçün vacib dəyər yaradır. Şirkətlərin uzunömürlü olması iqtisadi sabitliyin təmin olunmasında çox önəmlidir.
- Dünya və Azərbaycan miqyasında uzunömürlü şirkətlərin nisbəti nə qədərdir?
- Dünya miqyəsində 15 ildən artıq fəaliyyət göstərən şirkətlərin nisbəti təxminən 20-30% arasında dəyişir. Lakin Azərbaycanda bu göstərici daha aşağıdır. Bəzi təxminlərə görə, bu nisbət 10%-dən də azdır. 2023-cü ilin mart ayının 1-nə olan məlumata əsasən, Azərbaycanda 1 milyon 420 min 834 vergi ödəyicisindən 12,7%-i hüquqi şəxs və ya digər təşkilatlardır. Bu hüquqi şəxslərin çoxu məhdud məsuliyyətli cəmiyyətlərdir.
- Uzunömürlü şirkətlərin Azərbaycanda rolu nədir?
- Azərbaycanda 15 ildən artıq fəaliyyət göstərən şirkətlər iqtisadiyyatın əsas sütunlarındandır. Onlar bazar şəraitində dayanıqlılıq nümayiş etdirərək uzun illərin təcrübəsini qazanıb. Uzunömürlü şirkətlər iqtisadi sabitlik yaratmaqla yanaşı, cəmiyyət üçün dayanıqlı bir gələcək vəd edir.
- Digər ölkələrin uzunömürlü şirkətlərə yanaşması necədir?
- Dünya təcrübəsi göstərir ki, uzunömürlü şirkətlər inkişaf etmiş ölkələrdə xüsusi dəstək mexanizmləri vasitəsilə qorunur. Almaniyada “Mittelstand” modeli ilə bu şirkətlərə vergi güzəştləri və innovasiya təşviqləri təqdim edilir. Yaponiyada bu tip bizneslər ənənə və modernizmi birləşdirir. ABŞ-da dövlət-sahibkar əməkdaşlığı çərçivəsində uzunömürlü şirkətlər innovasiya dəstəyi ilə təmin olunur.
- Azərbaycanda uzunömürlü şirkətlər üçün nə kimi təkliflər irəli sürələ bilər?
- Azərbaycanda uzunömürlü şirkətlərə dəyər verilməsi üçün bir neçə təklif irəli sürələ bilər. Xüsusi təcrübə paylaşımı proqramlarının yaradılması, vergi və kredit güzəştlərinin tətbiqi, rəqəmsallaşma və beynəlxalq bazara çıxış imkanlarının artırılması bu şirkətlərin güclənməsinə kömək edər.
- Bu dəstəyin nəticələri nə ola bilər?
- Uzunömürlü şirkətlərə göstərilən dəstəyin nəticələri çoxşaxəli olacaq. Belə şirkətlər iqtisadi sabitlik yaradacaq, iş yerlərini artıracaq, bazar rəqabətini inkişaf etdirəcək və Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirəcək. Ər təklif olunan addımlar atılarsa, uzunömürlü şirkətlər Azərbaycanın həm keçmişinin, həm də gələcəyinin əsas dayaqlarından biri olacaq.