BİZNES

20 Dekabr

Azərbaycanda 190 min manatlıq avtomobil şirkəti kapitalını kəskin azaldıb

"Eco Cars Azerbaijan" MMC nizamnamə kapitalını azaltdığını elan edib.

Fins.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinbadən xəbər verir.

Belə ki, MMC nizamnamə kapitalını azaldaraq 100 (yüz) manata endirdiyini bildirib. Buna qədər isə şirkət 190 min manatlıq nizamnamə kapitalına malik idi.

Qeyd edək ki, "Eco Cars Azerbaijan" MMC bu ilin oktyabrın 24-də dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Rəhmətova Şəbnəm İbrahiməjdər qızıdır.