“Azairtechservice” Qapalı Səhmdar Cəmiyyəti (QSC) təşkilati-hüquqi formasını dəyişir.
Fins.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Bildirilib ki, QSC təşkilati-hüquqi formasını dəyişərək “Azairtechservice” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) çevrildiyini elan edir.
Qeyd edək ki, “Azairtechservice” Qapalı Səhmdar Cəmiyyəti (QSC) 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 402 000 manat olan şirkətin qanuni təmsilçisi Seyidəliyev Fuad Sədra oğludur.