BİZNES

14 Mart

Azərbaycan vətəndaşlarının Türkiyədə daşınmaz əmlak alışı artıb

2025-ci ilin yanvar-fevral aylarında Azərbaycan vətəndaşları Türkiyədə 137 daşınmaz əmlak satın alıblar ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 25 obyekt çoxdur.

Finss.az xəbər verir ki, bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Təkcə fevral ayında isə Azərbaycan vətəndaşları Türkiyədə 87 daşınmaz əmlak əldə ediblər. Bu göstərici ötən ilin fevral ayı ilə müqayisədə 27 obyekt çoxdur.

Ümumilikdə, 2025-ci ilin fevral ayında Türkiyədə 112 min 818 mənzil satılıb ki, bu da 2024-cü ilin fevralı ilə müqayisədə 20,1% artım deməkdir. Yanvar-fevral aylarında Türkiyədə satılan mənzillərin ümumi sayı isə 224 min 991-ə çatıb və bu, keçən ilin eyni dövrü ilə müqayisədə 29,1% çoxdur.

Bununla yanaşı, 2025-ci ilin fevral ayında Türkiyədə xarici vətəndaşlara 1 457 mənzil satılıb ki, bu da 2024-cü ilin fevral ayı ilə müqayisədə 21,2% azalma deməkdir. Eyni zamanda, yanvar-fevral aylarında əcnəbilər Türkiyədə 3 004 mənzil alıblar ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 23,1% azdır.

Fuad Mədətov
Finss.az