BİZNES

19 Dekabr

Son altı ildə 609 min əmək müqaviləsi imzalanıb - Nazir

Son altı ildə 609 min əmək müqaviləsi imzalanıb.

Fins.az xəbər verir ki, bunu "Azərbaycan Karyera İnkişaf Forumu 2024"də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bu müqavilələrin əsas hissəsi özəl şirkətlərin payına düşür: “Biz altı ildə 1,8 milyon vətəndaşa xidmət göstərmişik. Hazırda Qarabağda və Şərqi Zəngəzurda işlər aparılır”.

Sahil Babayev əlavə edib ki, hazırda nazirliyin göstərdiyi xidmətlərin 90%-i elektronlaşdırılıb.

“Bu gün 600 milyon dəfədən çox elektron xidmətlərdən istifadə edilib. Bu böyük göstəricidir. Biz tam elektronlaşmış əmək müqaviləsinə keçməliyik. Hazırda bir milyondan artıq şəxs elektron müqaviləyə keçid edib,” - deyə o qeyd edib.