BİZNES

13 Mart

Brent markalı neftin bir barreli cüzi ucuzlaşaraq 70,87 dollar olub

Neft qiymətləri, ABŞ dollarının zəifləməsi və ABŞ-da emal olunmuş neft məhsulları ehtiyatlarının azalması ilə bağlı bir gün əvvəl baş verən güclü artımdan sonra cümə axşamı səhər bir qədər ucuzlaşır.

Finss.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin may fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 8:12-ə olan vəziyyətə görə, bir barel üçün 70,87 dollar təşkil edir ki, bu da əvvəlki hərracların bağlanışına nisbətən 8 sent aşağıdır. Çərşənbə günü bu kontraktların qiyməti 1,39 dollar (2%) artaraq 70,95 dollar/barel olub.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarət meydançasında aprel ayı üçün WTI neftinin fyuçersləri 13 sent ucuzlaşaraq bir barelə görə 67,55 dollar olub. Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin dəyəri 1,43 dollar (2,2%) artaraq bir barel üçün 67,68 dollar təşkil edib.

Neft bazarı üçün müsbət amillərə digər valyuta sahiblərinin əmtəələrə tələbini artıran zəifləyən dollar və ABŞ-da gözləniləndən daha yaxşı inflyasiya məlumatları daxildir.