BİZNES

12 Mart

Fevralda ABŞ-da inflyasiya proqnozdan aşağı 2,8%-ə düşüb

ABŞ-da istehlak qiymətləri (CPI) fevral ayında ötən ilin eyni ayı ilə müqayisədə 2,8% artıb, ölkənin Əmək Departamenti bildirib.

Beləliklə, yanvarın 3%-i ilə müqayisədə artım tempi aşağı düşüb.

Finss.az xəbər verir ki, analitiklərin orta hesabla proqnozu inflyasiyanın 2,9%-ə qədər yavaşlaması idi.

ABŞ-da enerji qiymətləri yanvarda 1% artdıqdan sonra keçən ay illik müqayisədə 0,2% azalıb. Benzinin qiyməti 0,2% ucuzlaşdıqdan sonra 3,1% ucuzlaşıb.

Ərzaq qiymətlərinin artımı 2,5%-dən 2,6%-ə qədər sürətlənib, nəqliyyat qiymətlərinin artımı isə 8%-dən 6%-ə enib.

Yeni avtomobillər 0,3% ucuzlaşıb, işlənmiş avtomobillər 0,8% bahalaşıb.