BİZNES

12 Mart

Kanada martın 13-dən bəzi ABŞ mallarına 25% cavab rüsumları tətbiq edəcək

Finss.az xəbər verir ki, Kanada hakimiyyəti ABŞ prezidenti Donald Trampın Kanada polad və alüminiumuna 25% rüsum tətbiq etməsinə cavab olaraq cümə axşamı bəzi Amerika idxalına 25% rüsum tətbiq edəcək.

"Kanada hökuməti cümə axşamı gecəsi 29,8 milyard Kanada dolları (təxminən 20 milyard dollar) dəyərində Amerika idxalına 25% rüsum tətbiq edəcək", - Kanadanın maliyyə naziri Dominik LeBlan bildirib.

O qeyd edib ki, Kanada sanksiyaları konkret olaraq Amerikanın polad və alüminiumunu, kompüterlərini, idman avadanlıqlarını və bir sıra çuqun məhsullarını hədəf alacaq.