BİZNES

13 Mart

Azərbaycana Rusiyadan elektrik enerjisi idxalı 6,3% azalıb

Ötən il Azərbaycana Rusiyadan 86,8 milyon kVt/saat elektrik enerjisi idxal edilib.

Finss.az Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasən xəbər verir ki, bu həcmdə elektrik enerjisinin idxalına çəkilən xərcin dəyəri 2,6 milyon ABŞ dolları təşkil edib.

Rusiyadan elektrik enerjisi əvvəlki illə müqayisədə həcm ifadəsi ilə 5,8 milyon kVt/saat və ya 6,3%, dəyər ifadəsi ilə 129 min ABŞ dolları, yaxud da 4,7% azalıb.

Belə ki, 2023-cü ildə Azərbaycana Rusiyadan 92,6 milyon kVt/saat həcmində, 2,7 milyon ABŞ dolları dəyərində elektrik enerjisi idxal edilib.