BİZNES

12 Mart

Retailer Inditex 2024-cü ildə xalis mənfəətini 9% artırdı

Dünyanın ən böyük geyim pərakəndə satış şirkətlərindən biri olan İspaniyanın Industria de Diseno Textil SA (Inditex) 2024-cü maliyyə ilində xalis mənfəətini 9%, gəlirini isə 7,5% artırıb.

Finss.az xəbər verir ki, şirkət illik dividentini 9% artıraraq hər səhm üçün 1,68 avroya çatdırmaq niyyətindədir. Inditex-in press-relizində deyilir ki, bu məbləğə səhm üçün 1,13 avro adi dividend və hər bir səhm üçün 0,55 avro bonus ödənişi daxildir.

Yanvarın 31-də başa çatan maliyyə ilində şirkətin xalis mənfəəti bir il əvvəlki 5,4 milyard avro ilə müqayisədə 5,89 milyard avro təşkil edib. EBIT 8,9% artaraq 10,7 milyard avroya çatıb.