2024-cü ilin ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ticarət dövriyyəsi 8.9% azalaraq 43 milyard 109.55 milyon ABŞ dolları təşkil edib.
Fins.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Son bir ildə ölkə üzrə ixrac 22.8% azalaraq 24 milyard 337.86 milyon ABŞ dolları, idxal isə 18.7% artaraq 18 milyard 771.69 milyon ABŞ dolları təşkil edib.
Xarici ticarət dövriyyəsinə 5 mlrd. 566.17 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 2,8 dəfə azdır.
Fuad Mədətov
Fins.az