BİZNES

18 Dekabr

Azərbaycan və Türkiyə arasında elektron keçid sertifikatlarının istifadəsinə başlanılıb -Abdulkadir Uraloğlu

Azərbaycan və Türkiyə arasında elektron keçid sertifikatından istifadəyə başlanılıb.

Fins.az-ın  məlumatına görə, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Türkiyə-Azərbaycan Quru Nəqliyyatı Müştərək Komissiyasının iclasında yazılı açıqlamasında bildirib.

Nazir bildirib ki, ölkələr arasında elektron keçid sənədlərinin istifadəsinə başlanıb. Sınaq kampaniyası zamanı elektron keçid sənədi verilən ilk türk avtomobili 2024-cü il dekabrın 14-də Azərbaycana daxil olub.

Abdulkadir Uraloğlu əlavə edib ki, Özbəkistandan sonra Azərbaycanla da elektron keçid sənədlərinin istifadəyə başlamış olduq. Elektron keçid sənədinin kvotası tranzit daşımalar üçün 15 min, ikitərəfli daşıma üçün isə 500 ədəd müəyyən edilib. İnteqrasiya işləri davam etdikcə, fiziki sənədlər üçün müəyyən edilmiş kvotaların elektron sənədlərə keçirilməsi qərara alınıb.