Gələn ildən Azərbaycanda konkret gömrük güzəştlərinin tətbiqi nəzərdə tutulur.
Fins.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Azər Əmiraslanov Bakıda keçirilən Gömrük-Biznes Forumunda bildirib.
O qeyd edib ki, bir neçə gün öncə parlamentdə 2025-ci il büdcə paketi çərçivəsində gömrük tarifi və gömrük siyasəti bir daha nəzərdən keçirilib.
“Beləliklə, gələn ildən etibarən gömrük sistemi öz fiskal missiyasını yerinə yetirməklə yanaşı, ölkədə sənayeləşmə prosesinə və dövlət-özəl tərəfdaşlığı çərçivəsində layihələrin irəlilədilməsinə konkret gömrük güzəştlərinin tətbiqi ilə dəstək göstərəcək. Elektron bəyannamə sistemi, gömrük xidmətlərinin onlayn rejimdə təqdim edilməsi, rəqəmsal nəzarət və monitorinq sistemləri, yəni gömrük nəzarətinin tam rəqəmsallaşdırılması şəffaflıq və hesabatlılıq üçün şərait yaradır və elektron hökumətin inkişafına təkan verir,” – deyə A. Əmiraslanov vurğulayıb.