İsveçrə maliyyə şirkəti J. Safra Sarasin Danimarka Saxo Bankının təxminən 70%-ni 1,12 milyard avroya satın alır.
Finss.az xəbər verir ki, Saxo Bank-ın press-relizinə görə, J. Safra Sarasin Çinin Zhejiang Geely Holding Group Co.-nun bölməsi olan Geely Financials Denmark A/S və Finlandiyanın Mandatum Group maliyyə şirkətinin paylarını alır.
Geely-nin Saxo Bank-dakı payı 49,9%, Mandatum-un payı 19,8% təşkil edib.