BİZNES

17 Dekabr

Böyük Britaniyada tək istifadəlik veyplərin satışı qadağan ediləcək

Fins.az - Böyük Britaniyada 2025-ci ilin iyun ayından etibarən tək istifadəlik veyplərin satışı qadağan ediləcək.

Bu qərar ətraf mühitin qorunması və uşaqlar arasında elektron siqaret istifadəsinin yayılmasının qarşısını almaq məqsədi daşıyır. Tək istifadəlik veyplərin hər il milyonlarla ədəd atılması və düzgün şəkildə utilizasiya edilməməsi, həmçinin litium-ion batareyalarının təhlükəsi narahatlıq yaradıb. Satışda yalnız yığılabilən veyplər və çox istifadə edilən kartuşları olan cihazlar qalacaq.