Finss.az - 2025-ci ilin 13 mart tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” İşçi Qrupunun video-konfrans formatında iclası keçiriləcək.
İclasda Dünya Bankı tərəfindən təqdim edilən “Biznesə daxilolma” indikatoru ilə bağlı anket sorğusu, eləcə də Dünya Bankı Qrupunun “Business Ready” hesabatının müvafiq sahədəki təkmilləşmələr və kommunikasiyalar barədə 2025-ci il üzrə Yol Xəritəsindəki vəzifələr müzakirə ediləcək.
Vətəndaşlar və özəl sektor nümayəndələri, iclasla bağlı Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın internet portalı və onlayn müraciət bölməsi vasitəsilə işdə iştirak edib, aidiyyəti məsələlər barədə təkliflər verə bilərlər.
Zemfira Ms
Finss.az