BİZNES

17 Dekabr

“Nar” Şirvanda yeni satış və xidmət şəbəkəsini təqdim etdi!

Azərbaycanın bütün bölgələrində sərfəli və keyfiyyətli rabitə xidmətlərini genişləndirməyə davam edən “Nar” üstün müştəri təcrübəsinə əsaslanan növbəti Nar mağazasını istifadəyə verdi.

Fins.az xəbər verir ki, Şirvan şəhərində, Xaqani küçəsi 19-da yerləşən yeni “Nar” mağazası genişliyi, müasir interyeri və rahat müştəri xidməti sahəsi ilə seçilir. Mağazada müştəri xidmətləri ilə yanaşı, müxtəlif smartfon və aksessuarların satışı həyata keçirilir. Şirvan şəhərinin sakinləri, mağazanın açılışı haqqında SMS vasitəsilə məlumatlandırılıb.

Acılış mərasiminə qatılan “Nar”ın Baş icraçı direktoru Qunnar Panke qeyd edib ki, 80 mindən çox  əhalisi olan Şirvan şəhərinə xidmət göstərəcək yeni mağaza “Nar”ın bölgələrə olan diqqətinin nümunəsidir.

“Hər kəs üçün sərfəli rabitə xidmətlərini təqdim etmək prinsipini əsas götürən “Nar”, yeni mağazalarının açılışı ilə bu missiyasını bir daha sübut edir. Müştəriyə fərdi yanaşma, sərfəli seçimlər və müasir xidmət təqdim edən “Nar” satış şəbəkəsi şirkətin müştəri yönümlü fəaliyyətinin nəticəsidir,”- deyə Q.Panke bildirib.

Sizə ən yaxın “Nar” mağazasını nar.az saytından seçə bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.