BİZNES

11 Mart

Azərbaycanın polipropilen ixracı 5,2 dəfə artıb

Finss.az - 2025-ci ilin yanvar ayında Azərbaycandan 5,79 milyon ABŞ dolları dəyərində 4,9 min ton polipropilen ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 5,2 dəfə, həcm baxımından isə 4,6 dəfə artım deməkdir.

Ümumilikdə, cari ilin yanvar ayında 228,4 milyon dollar dəyərində Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib. Polipropilenin ixracı bu dövrdə qeyri-neft məhsullarının ümumi ixracının 2,53 faizini təşkil edib.

Zemfira Ms
Finss.az