BİZNES

10 Mart

Bu il Azərbaycandan ipək ixracı olunmayıb, idxal sabit qalıb

Cari ilin yanvar ayında Azərbaycandan xaricə ipək ixrac olunmayıb.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, ötən ilin yanvarında 112 min ABŞ dolları dəyərində ipək ixrac edildiyi halda, bu ilin eyni dövründə bu rəqəm sıfıra düşüb.

İpək idxalına gəldikdə, göstəricilər sabit qalıb. Belə ki, həm bu ilin yanvarında, həm də ötən ilin eyni dövründə Azərbaycana 5,2 min ABŞ dolları dəyərində ipək gətirilib.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycandan ümumilikdə 53 ton ipək ixrac edilib. Bu ixracın dəyəri 928 min ABŞ dolları təşkil edib. Həmin dövrdə ölkəyə idxal olunan ipəyin dəyəri isə 225 min ABŞ dolları olub.

Fuad Mədətov
Finss.az