Finss.az xəbər verir ki, Çin martın 20-dən etibarən Kanadadan idxal edilən bəzi kənd təsərrüfatı məhsullarına tariflər tətbiq edəcək. Bu barədə şənbə günü Çin Dövlət Şurasının Gömrük Gömrük Komitəsi məlumat yayıb.
Noxud, kolza yağı və unu üçün 100%, su məhsulları və donuz əti üçün isə 25% tariflər tətbiq ediləcək.
Çin Kanadanın ABŞ-dan sonra ikinci ən böyük ticarət tərəfdaşıdır. Kanada 2024-cü ildə Çinə 47 milyard dollarlıq məhsul ixrac edib.