BİZNES

10 Mart

Azərbaycana konteyner idxalı üçün 7,6 milyon dollar xərclənib

Ötən il Azərbaycana xaricdən 3 152 ədəd konteyner idxal edilib.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu konteynerlərin idxalı üçün 7,6 milyon ABŞ dolları vəsait xərclənib.

Bu göstəricilər 2023-cü illə müqayisədə əhəmiyyətli artımı əks etdirir. Belə ki, 2023-cü ildə Azərbaycana 1 006 ədəd konteyner idxal olunmuş və bu prosesə 3,4 milyon ABŞ dolları sərf edilmişdi. Beləliklə, konteyner idxalı miqdar ifadəsi ilə 3,1 dəfə (2 146 ədəd), dəyər ifadəsi ilə isə 2,3 dəfə (4,2 milyon dollar) artıb.

Konteynerlər əsasən Qazaxıstan, Özbəkistan, Ukrayna, ABŞ, Avstraliya, BƏƏ, Böyük Britaniya, Çin, Əfqanıstan, Hindistan, İndoneziya, Koreya, Norveç, Pakistan, Sinqapur, Türkiyə, Almaniya, Danimarka, Estoniya, Finlandiya, İspaniya, İtaliya və Niderlanddan gətirilib.

Hesabat dövründə Azərbaycandan 50 ədəd konteyner ixrac olunub. Bu ixracın ümumi dəyəri 220 min ABŞ dolları təşkil edib.

Fuad Mədətov
Finss.az