BİZNES

16 Dekabr

Nippon Steel-in alternativ planları

Fins.az - Yaponiya polad istehsalçısı Nippon Steel, United States Steel Corp.-u 14,1 milyard dollara almağı hədəfləsə də, müqavilənin pozulması gözlənilir.

ABŞ-da prezident seçkiləri ərəfəsində, prezident Co Baydenin bu alqı-satqıya mane olacağı xəbərinin yayılması ilə şirkət alternativ planları nəzərdən keçirir. Nippon Steel, ABŞ bazarında mövcudluğunu genişləndirməyi və Hindistan bazarında səylərini artırmağı düşünür.

Şirkət həmçinin, ABŞ-da satınalmaları məhkəmə yolu ilə qorumağa çalışa bilər.