Fins.az - Alman şirkətləri, 2025-ci ilə dair gözləntilərində pessimist yanaşmalarını nümayiş etdirirlər.
Ifo İnstitutunun apardığı sorğuda, iştirak edən firmaların yalnız 12,6%-ı iş şəraitlərinin yaxşılaşacağını gözlədiyini bildirib. Təxminən 8 min şirkətin qatıldığı sorğuda, tikinti sektorundakı şirkətlərin yalnız 5%-i gələn il bərpa gözləyir, istehsal sektorundakı şirkətlərin isə 15,7%-i iş şəraitlərinin yaxşılaşmasını proqnozlaşdırır. Kimya sənayesində isə 18,2%-lik bir artım gözləntisi mövcuddur.
Ifo-nun iqtisadçısı Klaus Wohlrabe bildirib ki, Almaniya iqtisadiyyatı 2024-cü ildə artıq pis nəticələr göstərib və 2025-ci ildə də çətin dövr gözlənilir. Qlobal tələbatın zəifləməsi, yüksək maliyyətlər və sənayedəki durğunluq, ölkənin ən böyük iqtisadiyyatı olan Almaniyanı yeni çətinliklərlə qarşı-qarşıya qoyur. İqtisadi institutlar, 2025-ci ilin də zor bir il olacağını proqnozlaşdırır.