BİZNES

13 Dekabr

Orta Dəhlizlə bağlı yükdaşımalar artıb

Azərbaycanın tranzit potensialını artırmaq üçün Orta Dəhliz boyunca yükdaşımalar bu il əhəmiyyətli dərəcədə artıb.

Fins.az xəbər verir ki, bunu bu gün Azərbaycan Dəmir Yolları QSC-in sədri Rövşən Rüstəmov Fəxri xiyabanı ziyarət edərkən jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə ciddi işlər görülüb və nəticədə Çindən Azərbaycana gələn blok qatarların sayı əhəmiyyətli dərəcədə artıb.

"Bu gün Çindən 306-cı blok qatar yola düşdü. Növbəti il bu göstəricinin üç dəfə artırılaraq 1000 blok qatara çatdırılması planlaşdırılır", - deyə Rövşən Rüstəmov əlavə edib.