İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Mingəçevir Sənaye Parkında indiyədək 326 milyon manatlıq məhsul satışı həyata keçirilib ki, bunun da 84 faizdən çoxu, yəni 276,6 milyon manatlıq hissəsi ixrac edilib.
Finss.az İZİA-nın məlumatına əsasən xəbər verir ki, Sənaye Parkında görülən işlərə ümumilikdə 159 milyon manat investisiya yatırılıb, 570 nəfər daimi işlə təmin edilib.
Qeyd edək ki, Sənaye Parkının əsas fəaliyyət istiqaməti tekstil və yüngül sənayenin inkişaf etdirilməsidir. Park dövlət başçısının 2015-ci il 26 fevral tarixli Fərmanı ilə yaradılıb.
Fuad Mədətov
Finss.az