BİZNES

06 Mart

Azərbaycanın İsveçrə ilə ticarət dövriyyəsi artıb

Azərbaycanın İsveçrə ilə ticarət dövriyyəsi artıb.

2024-cü ilin yanvar ayında bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə beş dəfə yüksələrək 27,7 milyon dolları ötüb.

Finss.az Dövlət Gömrük Komitəsinin hesabatına əsasən xəbər verir ki, ixrac həcmi 22,2 milyon dollar təşkil edib və bu, 28,6 dəfə artım deməkdir. İdxal isə 5,49 milyon dollar olub ki, bu da 17,6% yüksəlişə işarə edir.

İsveçrə ilə aparılan ticarət Azərbaycanın ümumi ticarət dövriyyəsinin 0,54%-ni təşkil edir.

Fuad Mədətov
Finss.az