BİZNES

06 Mart

Ağdam Sənaye Parkının rezidenti beynəlxalq sərgidə

Finss.az - Ağdam Sənaye Parkının rezidenti olan "Mister Decor" MMC, “Made In Azerbaijan” brendi ilə öz məhsullarını ilk dəfə olaraq beynəlxalq arenada təqdim edir.

Şirkət, Çinin Pekin şəhərində keçirilən Beynəlxalq Bina Dekorasiyaları və Materialları Sərgisində öz stendi ilə iştirak edir.

Sərgi, 6-9 mart tarixləri arasında keçirilir və “Mister Decor” MMC-nin stendi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanır. Şirkət, divar kağızları da daxil olmaqla, öz istehsal etdiyi müxtəlif məhsulları “Made in Azerbaijan” brendi ilə sərgi iştirakçılarına təqdim edir.

Bu tədbir, Azərbaycan istehsalçılarının beynəlxalq bazarda tanınmasına və yerli məhsulların global miqyasda tanıtımına mühüm töhfə verir.

Ağdam Sənaye Parkının iqtisadi inkişafına dəstək verməklə yanaşı, bu cür sərgilərdə iştirak Azərbaycan sənayesinin dünya bazarına inteqrasiyasını sürətləndirir.