Neft qiymətləri əvvəlki sessiyada kəskin enişdən sonra cümə axşamı səhər yüksəlir.
Finss.az xəbər verir ki, Bakı vaxtı ilə saat 8:20-də Londonun ICE Futures birjasında Brent markalı may fyuçerslərinin qiyməti 0,45 dollar (0,65%) bahalaşaraq 69,75 dollar/barelə çatıb. Çərşənbə günü Brent 1,74 dollar (2,5%) ucuzlaşaraq 69,30 dollar/barel olub.
Bu vaxta qədər WTI markalı neftin aprel fyuçersləri Nyu-Yorkun NYMEX əmtəə birjasında elektron hərraclarda 0,43 dollar (0,65%) bahalaşaraq bir barelə görə 66,74 dollar təşkil edib. Əvvəlki sessiyada müqavilə bir barel üçün 1,95 dollar (2,9%) ucuzlaşaraq 66,31 dollar olub.
MarketWatch qeyd edir ki, həm Brent, həm də WTI çərşənbə günü ticarəti 10 sentyabrdan bəri ən aşağı səviyyədə başa vurub, bazar ABŞ prezidenti Donald Trampın başlatdığı ticarət müharibələri fonunda dünyada iqtisadi fəallığın zəifləməsi ilə bağlı gözləntilər, eləcə də bazarda artan təklif siqnalları ilə təzyiq altındadır. Bu həftənin əvvəlində OPEC+ ölkələri neft hasilatına əvvəllər tətbiq edilmiş könüllü məhdudiyyətləri tədricən geri götürmək planlarını təsdiqlədi.
Pepperstone-un analitiki Quasar Elizundia The Wall Street Journal-a açıqlamasında "ABŞ və onun əsas tərəfdaşları arasında ticarət gərginliyi qiymətlərə təsir edir" dedi: "Tariflər və cavab tədbirləri ilə bağlı qeyri-müəyyənlik inamı sarsıdır ki, bu da qlobal iqtisadi aktivliyin və deməli, neft tələbinin zəifləməsinə kömək edəcək".
Bu arada ABŞ Energetika Nazirliyinin dünən dərc olunan həftəlik məlumatları ölkədə neft ehtiyatlarının artdığını göstərib. Kommersiya ehtiyatları keçən həftə 3,614 milyon barel artaraq 433,775 milyon barrelə çatıb. Trading Economics-in məlumatına görə, analitiklər arasında konsensus proqnozu 900 000 barel artım olub.