BİZNES

05 Mart

Aİ ölkələrində turistlərin gecələmələrinin sayı 2024-cü ildə rekord həddə çatıb

Aİ-nin Eurostat statistika idarəsinin yenidən işlənmiş rəqəmlərinə görə, Avropa Birliyində turistlər 2024-cü ildə otellərdə, hostellərdə və kirayə mənzillərdə ümumilikdə 3,002 milyard gecə keçirib.

Bu rəqəm 2023-cü illə müqayisədə 2,2% (65,4 milyon) artaraq rekorda imza atıb.

Xarici qonaqların gecələmələrinin sayı 67,2 milyon (+4,9%) artıb, Aİ rezidentləri üçün isə bu rəqəm 1,8 milyon (0,1%) azalıb.

Ən populyar turizm istiqamətləri İspaniya (500 milyon gecələmə), İtaliya (458 milyon), Fransa (451 milyon) və Almaniya (441 milyon) olub ki, bunlar birlikdə ümumi turizmin 61,6%-ni təşkil edib. Ən aşağı göstəricilər Lüksemburq (3,4 milyon), Latviya (4,7 milyon) və Estoniyadadır (6,6 milyon).

Ötən il turistlərin sayında ən ciddi artım Maltada (+14,4%) qeydə alınıb, Lüksemburqda gecələmələrin sayı 2,7%, Fransada 0,6%, Belçikada 0,2%, İsveçdə 0,1% azalıb.