Neft qiymətləri qlobal tələbin zəifləməsi və təklifin artması gözləntiləri ilə 3%-dən çox ucuzlaşıb. ABŞ Energetika Nazirliyinin ölkədə neft ehtiyatlarının artdığını göstərən həftəlik hesabatının dərcindən sonra azalma sürətlənib.
Finss.az xəbər verir ki, Bakı vaxtı ilə saat 19:10-da Brent markalı may fyuçersləri Londonun ICE Futures birjasında 2,28 dollar (3,21%) ucuzlaşaraq 68,76 dollar/barel təşkil edib.
Bu vaxta qədər WTI markalı neftin aprel fyuçersləri NYMEX birjasında 2,62 dollar (3,84%) ucuzlaşaraq 65,64 dollar/barelə bərabər olub.
ABŞ-ın kommersiya xam neft ehtiyatları keçən həftə 3,614 milyon barel artaraq 433,775 milyon barrelə çatıb, Energetika Nazirliyi bildirir. Trading Economics-in məlumatına görə, analitiklər arasında konsensus proqnozu ehtiyatların 900 000 barel artması idi.