BİZNES

12 Dekabr

Türklərin xaricdəki əmlak alışları rekord səviyyəyədə

Fins.az, Türkiyə Mərkəzi Bankının (TCMB) cari balans məlumatlarına istinadən xəbər verir ki, türklərin xaricdəki əmlak alışları yeni bir rekorda imza atıb.

İnformasiyaya əsasən, oktyabr ayında türk vətəndaşlarının xaricdəki əmlak alışları 197 milyon dollar olaraq qeydə alınıb. 12 aylıq dövr ərzində isə xaricdə edilən əmlak alışları 2 milyard 2 milyon dollarla rekord bir səviyyəyə çatıb.

Əvvəlki 12 aylıq rekord isə 2023-cü ilin iyun ayında 1 milyard 996 milyon dollarla müəyyən olunmuşdu. Aylıq alışlar arasında isə ən yüksək göstərici may ayında 213 milyon dollarla qeydə alınmışdı.