BİZNES

12 Dekabr

Azərbaycanda 3 şəhər və 11 rayon tam təsərrüfat hesablı topdansatış müəssisəsi ləğv edilir

Azərbaycanda 3 şəhər və 11 rayon tam təsərrüfat hesablı topdansatış müəssisəsinin ləğv edildiyi elan edilib.

Fins.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Belə ki, Sumqayıt, Mingəçevir və Gəncə şəhərlərindəki tam təsərrüfat hesablı topdansatış müəssisələri, eləcə də Nizami, Göyçay, Kürdəmir, Balakən, Ucar, Suraxanı, Abşeron, Yevlax, Lənkəran, Şamaxı və Sabirabad rayonlarında yerləşən tam təsərrüfat hesablı topdansatış müəssisələri ləğv ediləcək.

Qeyd olunub ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli 62 küçəsi, Marine Plaza Biznes Mərkəzi, 14-cü mərtəbə ünvanına bildirə bilərlər.