BİZNES

11 Dekabr

Gələn il Türkiyə və Rusiya arasında ticarət həcminin 100 milyard dollar olacağı planlaşdırılır

18-21 iyun 2025-ci il tarixlərində keçiriləcək 28-ci St. Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) öncəsi “Rusiyanın Türkiyədə biznes və investisiya potensialının təşviqi” mövzusunda bir toplantı təşkil edilib. İclasda SPİEF-in təşkilatçısı olan Roscongress Fondunun İdarə Heyətinin sədri və baş icraçı direktoru Stuglev, Türkiyə-Rusiya ticarəti və əməkdaşlığı ilə bağlı vacib açıqlamalar verib.

Fins.az xəbər verir ki, 2023-cü ildə Türkiyə ilə Rusiya arasında ticarət həcminin 55 milyard dollar olduğu bildirilən toplantıda, Stuglev, iki dövlət başçısı arasında əldə olunan razılaşma əsasında bu həcmin 100 milyard dollara çatdırılmasının hədəfləndiyini qeyd edib. O, bunun 5-7 il ərzində əldə edilə biləcəyini vurğulayıb.

Turizm Sektoru və İnfrastruktur İnvestisiyaları

Toplantıda, turizm sektorunun iki ölkə arasında xüsusi yer tutduğu qeyd olunub. Stuglev, Rusiyadan Türkiyəyə böyük miqdarda turist axını olduğunu vurğulayaraq, "Rusiyada da turizm sahəsi sürətlə inkişaf edir. Türk şirkətləri bu infrastrukturun qurulmasında iştirak edə bilər və bu sahədə sərmayələrdən faydalana bilər," - bildirib. 

Ekoloji və Sənaye Sektorlarında Yeni İmkanlar

Stuglev, əczaçılıq, tekstil, sürətli istehlak malları və enerji sektorlarının Rusiyada yüksək potensiala sahib olduğunu bildirib. O, həmçinin ekoloji sahəyə də böyük investisiyalar qoyulmasını mümkün hesab edir. Türkiyədən bir şirkətin Rusiyada tekstil tullantılarının atılması ilə bağlı müqavilə imzaladığını və bu yolla iki ölkə arasında yeni əməkdaşlıq imkanlarının yarandığını açıqlayıb.