BİZNES

04 Mart

Fransanın Sucden şirkətinin Rusiyadakı törəmə şirkəti illik gəlirini 14,6 dəfə azaldıb

Şəkər istehsalı və ticarəti ilə məşğul olan SDI şirkətinin (Fransa Sucden şirkətinin törəmə şirkəti) 2024-cü ildə gəliri şirkətin maliyyə hesabatlarına əsasən, 2023-cü ildəki 13,667 milyard rubla qarşı 936,5 milyon rubl təşkil edib.

Finss.az xəbər verir ki, beləliklə, gəlir 14,6 dəfə azalıb.

Şirkətin xalis mənfəəti bir il əvvəl 3,474 milyard rubldan 444 milyon rubla, yəni 7,8 dəfə azalıb.

SDI-nin izah etdiyi kimi, maliyyə nəticəsinə təsir edən əsas amillər qış dövründə istehlak tələbinin əhəmiyyətli dərəcədə azalması, yüksək rəqabət və bütövlükdə bazarda qeyri-sabit vəziyyət, kirayə, elektrik enerjisi, kommunal xidmətlər və s. qiymətlərin daim artması, dövriyyə vəsaitlərinin çatışmazlığı, məzənnənin kəskin dəyişməsi olub.

Sucden Rusiyada 90-cı illərin sonlarından fəaliyyət göstərir. "SDI" MMC 1999-cu ilin sentyabrında qeydiyyatdan keçib. Şirkət Lipetsk vilayətində Dobrinski və Yeletski şəkər zavodlarına, Penza vilayətində Atmis şəkər zavoduna və Krasnodar vilayətində Tbilisi şəkər zavoduna malikdir.

İstehsalın həcmi 800 min tondan artıq ağ şəkər və ildə 240 min ton bəkməz və quru çuğundur pulpası təşkil edir. Şirkət 250 min hektardan çox əkin sahəsini idarə edir.