“The Wall Street Journal” məlumatlı mənbələrə istinadən xəbər verir ki, neft-qaz şirkəti Shell Plc Avropa və ABŞ-da kimyəvi aktivləri satmağı düşünür.
Mənbələrin bildirdiyinə görə, Shell, Morgan Stanley də daxil olmaqla investisiya bankları ilə bu ərazidəki əməliyyatlarına strateji baxış keçirmək üçün işləyir. Şirkət hələlik heç bir yekun qərar verməyib.