BİZNES

11 Dekabr

Bakı limanında qadınların rəhbərlik rollarında səyi artır: Göstəricilər 42%-ə çatıb

Beş illik göstəricilərə əsasən, xanımlar liman sənayesində rəhbər və inzibati rolların 42%-ni tutur.

Fins.az xəbər verir ki, bu barədə Bakı Limanının İnsan resursları departamentinin aparıcı mütəxəssisi Nuranə Muradova "Azərbaycanda Qadınların İş və Karyera İnkişafının Təşviqində Liderlik Nailiyyətləri" adlı tədbirdə danışıb.

Nuranə Muradova qeyd edib ki, iki il əvvəl bu göstərici yalnız 5% təşkil edirdi. Lakin hazırda bu rəqəm 11%-ə çatıb və Bakı Limanı 2030-cu ilə qədər bu göstəricini 20%-ə yüksəltməyi planlaşdırır. Bu məqsədə çatmaq üçün Bakı Limanı bir çox yeni layihələr həyata keçirir.