BİZNES

11 Dekabr

IATA: 2024-cü ildə qlobal hava nəqliyyatı sənayesi rekord gəlir gözləyir

Fins.az xəbər verir ki, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) qlobal hava nəqliyyatı sənayesinin gəlirlərinin 2024-cü ildə 4,4 faiz artaraq rekord səviyyəyə – 1 trilyon 7 milyard dollara çatacağını açıqlayıb. Sektorun xalis mənfəətinin 2023-cü ildə 31,5 milyard dollara çatacağı, 2025-ci ildə isə 36,6 milyard dollara yüksəlməsi gözlənilir.

IATA-nın proqnozuna görə, hava yolu şirkətlərinin sərnişin sayı 2025-ci ildə ilk dəfə 5 milyardı keçərək 5,2 milyarda çatacaq. Eyni zamanda, təyyarə yanacağı xərclərinin əməliyyat xərclərinə nisbətinin 28,9 faizdən 26,4 faizə enməsi gözlənilir.

2024-cü il üçün hər sərnişindən şirkətlərin qazanacağı məbləğin 7 dollar olacağı proqnozlaşdırılır. 2023-cü ildə bu rəqəm 7,9 dollar olub.

IATA, xərclərin artması halında sərnişinlər üçün daha yüksək bilet qiymətlərinin mümkün olduğunu da xəbərdarlıq edib.