Dənizkənarı Bulvar İdarəsinə məxsus “Dənizkənarı Milli Park” MMC-nin ləğv edildiyi elan edilib.
Fins.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bu barədə məlumat yayıb.
Kreditorlar, tələblərini 2 ay ərzində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 2A ünvanına təqdim edə bilərlər.
Qeyd edək ki, “Dənizkənarı Milli Park” MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 10 manat olub. Şirkətin qanuni təmsilçisi isə İlqar Cəbrayıl oğlu Sadıqovdur.