Ötən il Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsi ilə daşınmış yüklərin həcmi 8 milyon 322,3 min ton olub.
Finss.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici əvvəlki illə müqayisədə 1 milyon 20,4 min ton və ya 10,9% azdır. Belə ki, 2023-cü ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 9 milyon 342,7 min ton olub.
Qeyd edək ki, 2024-cü ildə nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 33 milyon 258,0 min ton olub. Yüklərin 15 milyon 277,6 min tonu və ya 46,0 faizi dəmir yolu nəqliyyatı, 10 milyon 90,0 min tonu və ya 30,3 faizi avtomobil nəqliyyatı, 7 milyon 890,4 min tonu və ya 23,7 faizi dəniz nəqliyyatı ilə daşınıb.
Dəhlizlər vasitəsilə daşınmış yüklərin 56,6 faizini və ya 18 milyon 840 min tonunu tranzit yüklər təşkil edib.