Bu ilin yanvar ayında Azərbaycandan Türkiyəyə 4,2 milyon ABŞ dolları dəyərində 8,6 min tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.
Finss.az Dövlət Gömrük Komitəsinin hesabatına əsasən xəbər verir ki, bu, 2024-cü ilin müvafiq göstəricilərini dəyər ifadəsində 52,1 faiz və ya 1,4 milyon dollar, həcm baxımından isə 61,4 faiz və ya 3,2 min ton üstələyir.
Cari ilin ilk ayı ərzində ölkədən ümumilikdə 1,9 milyard dollar dəyərində 3,46 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Türkiyə 9-cu yerdə qərarlaşıb və ixrac həcminin 0,24 faizi bu ölkənin payına düşüb.
Fuad Mədətov
Finss.az