Bu ilin yanvar-oktyabr aylarında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan vətəndaş müraciətlərinin araşdırılması nəticəsində 40 fiziki və hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.
Fins.az, Dövlət Xidmətinin məlumatına istinadən xəbər verir ki, bu il ərzində tərtib edilən protokolların sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 42 faiz azalma qeydə alınıb. Bu göstərici, Xidmətin istehlakçıların hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi intensiv maarifləndirmə tədbirlərinin effektivliyini təsdiqləyir.
Zemfira Ms
Fins.az