Bu ilin yanvar ayında Azərbaycanda 130,6 min ton tikinti qumu istehsal edilib.
Finss.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 79,5 min ton və ya 2,5 dəfə çoxdur.
Fevralın 1-nə olan məlumata görə, ölkədə hazır məhsul ehtiyatı 10,9 min ton təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 3,3 milyard manat olmaqla, əvvəlki ilin müvafiq ayına nisbətən 5,0 faiz azalıb.
Sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 2,3 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 3,1 milyard kub metr təşkil edib.
Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 6,6 faiz, əmtəəlik qaz hasilatı isə 4,8 faiz azalıb.
Fuad Mədətov
Finss.az