BİZNES

10 Dekabr

Azərbaycanda avtomobil şirkəti ləğv edilir

"BİZİM AVTO" MMC ləğv olunduğunu elan edib.

Fins.az xəbər verir ki, bu barədə məlumat İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində dərc edilib.

Məlumata əsasən, kreditorlar öz tələblərini iki ay ərzində Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, ev 1A, mənzil 8 ünvanına bildirə bilərlər.

Şirkət 2021-ci ildə dövlət qeydiyyatına alınıb və onun nizamnamə kapitalı 20 manat təşkil edib. Şirkətin qanuni təmsilçisi Vəliyev Eşqin Vaqif oğludur.